image-60c5a0ed6d4eebackend

İranın narkotika daşıyan gəmisi  müsadirə edildi

image-reklam_sirab_01

Yəmən hökuməti İrana məxsus 3 ton narkotik daşıyan gəminin müsadirə edildiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Yəmənin informasiya naziri Müəmmər əl-İryani verdiyi yazılı açıqlamada sahil mühafizə qüvvələrinin ölkənin şərqindəki Mahra əyaləti sahillərində İran gəmisini müsadirə etdiyini açıqlayıb.

Gəmidə 3173 kiloqram narkotik maddənin ələ keçirildiyini bildirən İryani 7 İran vətəndaşından ibarət ekipajın saxlanıldığını bildirib.

İnformasiya naziri İryani Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından “İranın bölgəni silahlı milislər və narkotik daşımaları ilə doldurmaq səylərini” pisləməyi istəyib.

İran rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki