image-222backend

İranlı deputat: “Azərbaycan səfirliyinə hücumla bağlı acı hadisə iki ölkə münasibətlərinə xələl gətirməyəcək”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Ruhullah Həzrətpur IRNA-ya müsahibəsində Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş faciəli hadisəyə toxunaraq deyib: “Bu Azərbaycan vətəndaşının qətlə yetirilməsi İran xalqını kədərləndirdi və İslam Respublikası bu hadisənin səbəbkarını ciddi şəkildə cəzalandıracaq”.

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktını inkar edən İran parlamentinin Urmiya şəhərindən seçilmiş deputatı iddia edib: “İlkin araşdırmalarda bu hadisənin şəxsi və ailə kökləri olduğu və qətiyyən terror məsələsi olmadığı müəyyən edilib”.

İki dost və qardaş xalq olan İran və Azərbaycanın dərin əlaqələri mədəni, tarixi və dini köklərə bağlıdır və iki ölkənin xalqları başqalarının fitnəsinə imkan verməyəcək.

“İran xalqı və hökuməti Azərbaycan xalqına və dövlətinə başsağlığı verir və bu xoşagəlməz hadisəni qətiyyətlə pisləyir”,- Həzrətpur qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki