image-327057204_895282594846532_7659729177026008495_nbackend

İranlı diplomat: “İran və Azərbaycanın ortaq cəhətləri ixtilaflarından daha çoxdur”

image-reklam_sirab_01
Tehran və Bakının fikir ayrılıqlarından daha çox ortaq cəhətlərinin olduğunu deyən İranın Azərbaycandakı keçmiş səfiri bildirib: “Tehran şəhər polis rəisinin sürətlə əvəzlənməsi İranın dost ölkə ilə münasibətlərin korlanmaması üçün müsbət yanaşmasını göstərir”.
Vətəninfo.az xəbər verir ki, keçmiş səfir Möhsün Pakayin “Mehr” agentliyinə müsahibəsində iddia edib: “Azərbaycanın Tehrandakı səfirliyinə baş vermiş silahlı basqın hadisəsi fərdi və şəxsi motivlərlə həyata keçirilib və hücum edənin siyasi mahiyyəti və iki ölkə arasında əlaqələri pozmaq məqsədi olmayıb”.
“Baş vermiş hadisə tərəfimizdən pislənir və İran rəsmiləri və diplomatik prinsiplərə bələd olan hər kəs bu insidenti qınayır. İranın məhkəmə orqanı da cinayətkarı qısa vaxtda cəzalandıracağına vəd edib”,-deyə o iddia edib.
Diplomatın sözlərinə görə, ilk növbədə İran və Azərbaycan dövlətləri bu hadisəni nəzarətdə saxlamalı və hadisənin inkişaf yolunda olan iki ölkənin yaxşı münasibətlərinə mənfi təsir göstərməsinə imkan verməməlidirlər.
Tehranla Bakı arasında mövcud fikir ayrılıqlarına toxunan İranın Azərbaycandakı sabiq səfiri deyib: “Bütövlükdə, İranla Azərbaycan arasında fikir ayrılıqlarından daha çox ortaq cəhətlər var. Hərçənd ki, sionist rejimin bu ölkədə mövcudluğunun artması ilə bağlı Azərbaycanın bəzi yanaşmalarına iradlarımız var və bunu Azərbaycandakı dostlarımıza da xatırlatmışıq”.
O, İsrailin Azərbaycandakı varlığını hər iki ölkənin əlaqələri üçün təhlükə adlandırıb və əlavə edib: “Sionist rejimin məqsədi İran və Azərbaycan münasibətlərinə xələl gətirməkdir və İsrailin Azərbaycandakı səfirinin rolu təhrikedici müsahibələrlə aydın görünür”.
Pakayin İran və Azərbaycan arasında gərgin münasibətlərə işarə edərək deyib: “Tehranla Bakı arasında mövcud fikir ayrılıqları şüurludur və tərəflər onları danışıqlar yolu ilə həll etməyə çalışırlar”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki