Vətəninfo.az “Azad İran”a istinadən xəbər verir ki, Movəhhediyan hədə dolu mesajını şəxsi Tvitter hesabında yazıb.
“Tural Müseyibov (Baku TV-nin müxbiri) İranı korona və adeno viruslarından daha təhlükəli hesab edib. Ermənistanla dostluq və Bakı tələbələrinin Qumda təhsil almasını İranın cinayəti adlandırıb. O, bu viruslara qarşı peyvəndin tapılmasına çağırış edib. İranın bütün bunlara qarşı peyvəndi var, istəsən, gəl sənə vuraq!”, – deyə Movəhhediyan təhdid yağdırıb.