image-urmiya_golu1675844357backend

İranlı millət vəkili: Rejim Urmiya gölünün bərpasına maraqlı deyil

image-reklam_sirab_01

Urmiya gölünün bərpası ilə bağlı təbliğat əsassızdır. Gölə axan çayların qarşısında hələ də bir neçə bəndin tikintisi davam edir. Bununla gölün tamamilə yox olması reallaşacaq.

Vətəninfo.az xəbər verir ki, bu sözləri Şərqi Azərbaycan əyalətinin Binab şəhərinin İran parlamentindəki nümayəndəsi Məhəmməd Bağır Bənnai mediaya müsahibəsində deyib.

O, Tehran rejiminin ekoloji fəlakətin qarşısını alması üçün ciddi addım atmadığını bildirib:

“Şərqi Azərbaycan əyaləti quraqlıq və su qıtlığı ilə üzləşib. Urmiya gölünə axan çaylar üzərində inşa edilən bəndlər isə heç bir araşdırma aparılmadan tikildiyi üçün problemi həll etmək əvəzinə əlavə ekoloji problemlər yaradıb. Hazırkı hökumət dövründə Urmiya gölünün bərpası istiqamətində hər hansı bir ciddi fəaliyyət yoxdur. Bu, bölgədə insani və ekoloji böhranı şiddətləndirəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki