image-343571732_6058165814218752_748687801234427843_nbackend

İranlı nazir: “Bakının əməkdaşlıq etməməsi azərbaycanlı turistlərin İrana girişini çətinləşdirib”

image-reklam_sirab_01
 İranın Mədəni irs, turizm və sənətkarlıq naziri İzzətullah Zərğami Azərbaycanı ittiham edən açıqlama verib. Vətəninfo.az Mehr News-ə istinadən xəbər verir ki, dünən hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında nazir  deyib: “Sabahdadn (Aprelin 27-dən) etibarən “Ərdəbil 2023” mühüm tədbiri İƏT-ə üzv ölkələrin turizm paytaxtı kimi başlayacaq və bu aksiya Ərdəbil əyalətinin və ölkəmizin turistik məkanlarının tanıtdırılması istiqamətində görülən işlərin bir ilinin başlanğıcıdır”.
Nazirin sözlərinə görə, İƏT-ə üzv ölkələr Ərdəbili turizm paytaxtı seçiblər.
O, Azərbaycan vasitəsilə turizm imkanlarının yaradılması barədə iddia edib: “Bakı hökumətinin” əməkdaşlıq etməməsi və quru sərhədlərini bağlaması səbəbindən bu ölkədən turistlərin İrana girişində problemlər yaranıb. Biləsuvar sərhədindən hər il 1.2 milyon insan Azərbaycandan İrana gəlirdi”.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki