image-image_750x_6450aa8c3ff1dbackend

İsrail Hələbdə hərbi bazalara güclü zərbə endirdi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,  dünən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimalında Hələb beynəlxalq hava limanına və Neyrab hərbi hava limanına hücum edib.

Silah və sursat anbarı dağıdılıb. Hələb Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

Bundan əlavə, Hələb ətrafında yerləşən Əs-Safira rayonunda hərbi zavodlara hücum edilib və xeyli maddi ziyan dəyib.

Bundan əvvəl Suriya mətbuatı İsrail Hərbi Hava Qüvvələrinin Hələb beynəlxalq hava limanına və digər obyektlərə hücum etdiyini yazıb. Suriya ordusunun mənbəsi hava limanının işinin dayandırıldığını təsdiqləyib.

Hərbi mənbənin məlumatına görə, zərbə nəticəsində 1 əsgər həlak olub, daha 7 əsgər isə yaralanıb. Son yeddi gündə bu, Suriyada yerləşən obyektlərə üçüncü hücumdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki