image-1backend

İsrail HƏMASa sonuncu ultimatum verdi

image-reklam_sirab_01

İsrailin müdafiə naziri İsrael Katz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın səlahiyyət müddəti başlamazdan əvvəl girovların azad edilməsi ilə bağlı razılıq əldə olunmazsa, Qəzza zolağında HƏMAS-ın tamamilə məhv edilməsi planının hazırlanmasına göstəriş verib, – bu barədə cümə günü “The Times of İsrael” məlumat yayıb.

“Tramp vəzifəyə gələnə qədər girovların azad edilməsi ilə bağlı razılaşma əldə olunmasa, Qəzzada HƏMAS-ın tamamilə məhv edilməsinə nail olmaq lazımdır”, – Katz bildirib.

İsrailin müdafiə naziri cümə axşamı gecəsi ordunun yüksək səviyyəli komandirlərinə qrupun tam məğlubiyyəti üçün planlar hazırlamağı əmr edib. O, İsrail Müdafiə Qüvvələrindən (IDF) planı çətinləşdirə biləcək təfərrüatları qeyd etməyi və “lazımi qərarlar qəbul edə bilmələri üçün onları siyasi eşelona çatdırmağı” xahiş edib.

Katz vurğulayıb ki, İsrail eyni zamanda qələbə gətirməyən, HƏMAS-ın strateji məğlubiyyətinə nail olmadan, ciddi itkilərə səbəb olacaq üzücü müharibədən çəkilməməlidir. Eyni zamanda, nazir xatırladıb ki, girovların azad edilməsi İsrail Müdafiə Nazirliyinin əsas prioritetidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image