image-99backend

İsrail HƏMƏS-in Livandakı mövqelərini atəşə tutub

image-reklam_sirab_01

İsrail ordusu İsrail Müdafiə Qüvvələrinin Fələstinin HƏMƏS hərəkatının Livandakı hədəflərinə hücum etdiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, bəyanatda Livanın öz ərazisindən edilən hər hücuma görə məsuliyyət daşıyacağı vurğulanıb.

Livanın mətbuat orqanlarının yaydığı məlumatda İsrail ordusunun Livanın cənubunda yerləşən fələstinli qaçqınların yaşadığı er-Rasadiye düşərgəsi yaxınlığındakı ərazini bombaladığı bildirilib.
Sur şəhərində yerləşən ər-Reşadiyə düşərgəsi ətrafına azı 3 raket mərmisinin atıldığı qeyd olunub. Hadisə nəticəsində bəzi evlərə ziyan dəydiyi bildirilib.

İsrailin mühasirədə olan Qəzza zolağına hücumları davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki