image-reklam-veteninfo
image-1backend

İsrail ordusu HƏMAS-ın 14 minə yaxın döyüşçüsünü məhv edib

image-reklam-veteninfo

İsrail ordusu Qəzza zolağında 9 aylıq müharibə zamanı Fələstin HƏMAS hərəkatının silahlı qanadının rəhbərliyinin yarısının məhv edildiyini, təşkilatın 14 minə yaxın döyüşçünün öldürüldüyünü və ya əsir götürüldüyünü açıqlayıb. Bu barədə Vətəninfo.az  RİA Novosti”yə istinadən xəbər verir.

İsrail Müdafiə Qüvvələrinin quru, hava və dəniz qüvvələri əsas məqsədlərə çatmaq üçün 263 gündür Qəzza zolağında fəaliyyət göstərir. Silahlı qüvvələr 14 minə yaxın terrorçunu məhv edib və həbs edib. Öldürülən terrorçular arasında 6 briqada komandiri, 20-dən çox batalyon komandiri və 150-yə yaxın rota komandiri var”, – deyə ordunun mətbuat xidməti bildirib.

“İsrail Müdafiə Qüvvələri indiyədək Qəzza zolağında 37 minə yaxın hədəfi və 25 mindən çox terrorçu infrastrukturu və buraxılış məntəqəsini vurub”, – deyə ordu əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki