İsrailin Petah-Tikva şəhərində yaşayan 29 yaşlı Aleksandr Qranovski İran kəşfiyyatı ilə əməkdaşlıq ittihamı üzrə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Vətəninfo.az xəbər verir ki, məlumat “Amerikanın Səsi” tərəfindən yayımlanıb.
Məlumata görə, məhkəmə Qranovskini İran kəşfiyyatı ilə əlaqəli şəxslə əməkdaşlıq etməkdə, doqquz avtomobili yandırmaqda və həssas obyektlərə aid görüntüləri ötürməkdə təqsirli bilib.
İttiham aktına əsasən, Qranovski “Telegram” vasitəsilə İran kəşfiyyatı ilə əlaqə saxlayıb. O, həmçinin İsrailin keçmiş müdafiə naziri Benni Qantsın yaşadığı ərazinin və Təl-Əvivdə yerləşən elektrik stansiyasının görüntülərini çəkərək qarşı tərəfə ötürüb.
Qranovski məhkəmədə ittihamları qəbul edib. O, bu fəaliyyətə qoşulmasının əsas səbəbinin maddi qazanc əldə etmək olduğunu bildirib.


























