image-63a4058bbb955backend

İsraildə yeni hökumət formalaşdırılıb

image-reklam_sirab_01

Noyabrın 1-də İsraildə keçirilən seçkilərdən sonra hökuməti qurmaqla vəzifələndirilən Likud Partiyasının lideri Benyamin Netanyahu prezident İsaak Herzoqa kabinetinin hazır olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Netanyahuya hökuməti formalaşdırması üçün verilən möhlət dekabrın 21-i gecə yarısı sona çatıb. Lakin Netanyahu sözmövzusu müddətin başa çatmasına bir neçə dəqiqə qalmış prezident Herzoqa zəng edərək hökuməti qurduğunu bildirib.

İsrail mətbuatına görə, yanvarın 2-də parlamentdə yeni kabinet üçün etimad səsverməsi keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki