image-1backend

İsrailin hərbi briqadaları Dəməşqə 25 kilometr məsafəyə qədər irəliləyib

image-reklam_sirab_01

İsrail ordusu Suriyanın Qüneytirə vilayətinə bağlı Süveysə kəndində işğala etiraz edən mülki şəxslərə atəş açaraq üç nəfəri yaralayıb.

Yerli mənbələrə görə, kənddə toplanan etirazçılar İsrailin Suriya ərazilərində irəliləməsinə qarşı dinc nümayiş keçirirdilər. İsrail əsgərləri mövqelərindən nümayişçilərə güllə ataraq müdaxilə edib. Müdaxilə zamanı 3 mülki şəxs yaralanıb.

Vətəninfo.az xəbər verir ki , İsrail 8 dekabrda Suriyadakı BAAS rejiminin süqutundan sonra bu ölkəyə qarşı hava hücumlarını və quru əməliyyatlarını gücləndirdi. Xüsusilə cənub-qərbdəki Qüneytirə bölgəsi İsrailin hədəf aldığı yerlərdən biri olub.

İsrail qüvvələrinin Qolan təpələrindəki işğal ərazisi də genişlənib. Qolan Təpələrinin ətrafındakı bufer zonasına daxil olaraq işğal xəttini şimala doğru genişləndirən İsrailin hərbi briqadaları paytaxt Dəməşqə 25 kilometr məsafəyə qədər irəliləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image