image-6433c4c4d92bdbackend

İstanbulda 1500 illik yeraltı keçid tapılıb

image-reklam_sirab_01

İstanbulda 500 illik Polyeuktos kilsəsinin qalıqlarında aparılan qazıntılarda yerin altından 1500 illik yeraltı keçid tapılıb.

Vətəninfo.az xəbər verir ki, Saraçhane Arxeologiya Parkında yerləşən və Ayasofyadan əvvəl tikilmiş 1500 illik Polyeuktos kilsəsi ərazisində arxeoloji qazıntılar davam edir.

Əziz Polyeuktosa həsr oluduğuna görə həmin adı götürən kilsə 11-ci əsrdə əvvəlcə dağıdılıb, sonra talan edilib. Kilsənin qiymətli hissələri və sütunları qaçaqmalçılıq yolu ilə Venesiyaya aparılıb.

1960-cı illərdə yeraltı keçidin tikintisi zamanı kilsəyə aid bəzi tarixi əsərlər üzə çıxarılıb.

8 iyun 2022-ci ildə Polyeuktos kilsəsinin yerləşdiyi Saraçhane Arxeologiya Parkında qazıntılara start verilib.

Fəaliyyətlərin davam etdiyi ərazidə yeraltı keçid aşkar edilib. İçərisində mozaika və daşlar üzərindəki naxışlardan ibarət yeraltı dəhlizin tikinti daşları işlənmiş mərmərlə formaya salınmış, relyeflərlə bəzəkli daşları da diqqətləri cəlb edir.

Saraçhane Arxeologiya Parkının bir ay sonra istifadəyə veriləcəyi açıqlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki