image-59df24e4726b1backend

İstanbulda quşların heç qonmadığı bir məscid olduğunu bilirsinizmi?

image-reklam_sirab_01

Türkiyənin İstanbul şəhərində Üsküdar səmtində yerləşən Şəmsi Paşa məscidi dünya şöhrətli Memar Sinanın şah əsərlərindən biridir. Üsküdar sahilində yerləşən bu məscid, türbəsi və mədrəsəsi ilə çox zərif görünüşə malikdir. Məscidin qarşısındakı Qalata körpüsü və Haliç möhtəşəm görünüşləri ilə İstanbulun siluetinə öz damğasını vurur.

Son dərəcə kiçik və sadə görünüşə malik olan bu tikili 1580-ci ildə II Səlim ilə III Murad dövründə vəzir vəzifəsini icra edən Şəmsi Əhməd Paşanın göstərişi vә Memar Sinanın planı әsasında inşa olunub. Üsküdar sahillərini bəzəyən bu tarixi məscid gözəlliyi ilə yanaşı maraqlı hekayəsi ilə də diqqətləri cəlb edir.

Məlumata əsasən, Şəmsi Paşa Memar Sinandan quşların üzərinə qona bilməyəcəyi və çirkləndirə bilməyəcəyi bir məscid tikməsini xahiş edir. Tikdirdiyi hər məsciddə fərqli bir plan həyata keçirən Memar Sinan Şəmsi Paşa Məscidi üçün də fərqli plan hazırlayıb. Məscid tikilməzdən əvvəl araşdırma aparan Memar Sinan quşların küləklərin istiqamətindən təsirləndiyini bildiyi üçün Üsküdarda şimal və cənub küləklərinin kəsişdiyi bir yer tapıb və məscidi orada tikməyə qərar verib. Eyni anda iki fərqli küləyin əsdiyi və dalğaların sahilə dəydiyi bu yerdə quşların məscidə qonması mümkün olmayacaqdı.

1580-ci ildə ibadət üçün açılan bu məscid zamanla camaat arasında “Kuşkonmaz Camii” kimi tanınmağa başlayıb. Günümüzdə bu gözəl əsər Üsküdarın simvollarından biri hesab edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image