image-11backend

Kanada 14 rusiyalı şəxs və 34 təşkilata qarşı sanksiya tətbiq edəcək

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo Kanadanın 14 rusiyalı şəxs və 34 təşkilata qarşı sanksiya tətbiq edəcəyini və Ukraynaya yeni hərbi dəstək paketi təqdim edəcəyini açıqlayıb.

Castin Trüdo Ukraynanın Baş naziri Denis Şmiqal ilə Kanadanın Toronto şəhərində görüşüb.

Kanadanın Ukraynaya 21 min avtomat, 38 pulemyot və 2,4 milyon patron göndərəcəyini qeyd edən Trüdo, Rusiyanın muzdlu şirkəti “Vaqner”ə bağlı olanlar da daxil olmaqla 14 şəxs və 34 təşkilata sanksiya tətbiq edəcəklərini bildirib.

Lazım olduğu müddətcə Ukraynaya hər cür dəstəyi verməyə davam edəcəklərini vurğulayan Castin Trüdo Kanadanın həmçinin Belarusda Rusiyanın sanksiyalardan yan keçməsinə imkan verən 9 maliyyə qurumuna sanksiya tətbiq etdiyini açıqladı.
Qeyd edək ki, Kanada 2022-ci ilin yanvar ayından Ukraynaya 8 milyard Kanada dollarından çox maliyyə, hərbi, humanitar və digər yardımlar ayırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image