image-1x1backend

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib:2024-cü ildə 198 734 əməliyyatın qarşısını alınıb

image-reklam_sirab_01

Məlum olduğu kimi son dövrlər dələduzluq faktlarının sayısürətlə artmaqdadır. Əhalinin kibertəhlükəsizlik mövuzusunda maarifləndirilməsi yönündə banklar, eləcə Azərbaycan Banklar Assosiasiyası Daxili İşlər Nazirliyi tərəfindən bir çox maarifləndirmə tədbirləri həyata keçirilsə kiberdələduzların qurbanı olan insanların sayı olduqca çoxdur.

Təəssüf ki, bu mövzuda adı hallanan banklardan biri 5 milyondan çox müştərisi olan ölkənin birinci bankı KapitalBank-dır. Müştərilərin çoxluğunu ölkə əhalisinin böyükəksəriyyətində banka məxsus kartların olduğunu fürsət bilən dələduzlar müxtəlif yollarla müştəriləri aldatmağa vəsaitlərini mənimsəməyə çalışırlar.

Qeyd edək ki, şəxsi məlumatların müştəri tərəfindən ötürüldüyü çox az hallarda oğurlanmış vəsaitin bərpası mümkün olur. Bu səbəbdən də bank müştərilərini kibertəhdidlərə qarşı diqqətli olmağa çağırır. Məlumat üçün bildirək ki, 2024-cü ildə Kapital Banka müraciət edən 141 616 unikal müştərinin 198 734 əməliyyatı dələduzluq əməliyyatı olduğu üçün bloklanıb. Bu, 2023-cü illə müqayisədə 2 dəfə çox müştəridə dələduzluq halının qarşısının alınması deməkdir. Belə ki, 2023-cü ildə bu say 72 000 nəfər olub. Ötən il bank tərəfindən 105 web-sayt, 1000-ə yaxın sosial şəbəkə hesabının dələduzluq fəaliyyətinin qarşısı alınıb.

Kapital Bank üçün müştərilərinin təhlükəsizliyi əsas prioritetlərdən biridir. Bunun üçün bankda ISO27001 standartı üzrə 54 nəzarət mexanizmi var. Həmçinin kibertəhlükəsizlik insidentlərinin operativ həlli üçün 7/24 monitorinq mexanizmi qurulub. Bununla da bank əməkdaşları 24 saat ərzində kibertəhdidləri izləyir, təhlükəli məqamlarda müdaxilə edirlər. Bu, müştəri məlumatlarının müstəqil olaraq qorunmasını və operativ şəkildə cavab verilməsini təmin edir.Eləcə də mobil tətbiqin təhlükəsizliyi üçün DevSecOps modeli tətbiq edilir.

Bütün bunlara baxmayaraq kimerdələduzluqla mübarizədə banklar və müştərilər birlikdə addımlamalıdırlar. Bu səbəbdən  Kapital bank olaraq bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kart məlumatlarını daxil etdikləri platformaların təhlükəsziliyinə əmin olmalarını, kartın üzərində olan 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image