image-necefbackend

Kəmaləddin Heydərov Siyavuş Novruzovun qardaşı oğluna vəzifə verdi

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub. 

Vətəninfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə Nəcəf Novruzov Bakı Regional Mərkəzinə rəis müavini təyin edilib.

Qeyd edək ki, Nəcəf Novruzov bundan əvvəl Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay əvvəl vəzifəsindən öz ərizəsi ilə azad olunub.

Xatıradaq ki, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image