image-img-20250206-wa0086backend

Kiçik Orta və Biznes Subyektlərinə “Su həyatdır” layihəsinin təqdimatı keçirilmişdir

image-reklam_sirab_01

27 yanvar 2025-ci il tarixində KOBİA və “SmartNation” platforması tərəfindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Su həyatdır” layihəsinin təqdimatını nəzərdə tutan “Kiçik və orta biznes subyektləri üçün suyun önəmi, suvarma texnologiyalarından istifadəyə təşviq və yaşıl sahibkarlıq istiqamətində inkişaf proqramları ilə əlaqədar infosessiya təşkil edilmişdir. KOB-lar üçün səmərəli su istifadəsi və müasir texnologiyaların tətbiqini təşviq edən inkişaf proqramının təqdim olunduğu tədbir, layihənin potensial tərəfdaşlara tanıdılması, su ehtiyatlarının qorunması, davamlı idarə edilməsi və innovativ həllərin müzakirəsi üçün vacib bir platforma rolunu oynamağı hədəfləyir.

Məlumat üçün bildirmək istəyirik ki, “Su Həyatdır” layihəsi SmartNation platforması və KOBİA tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə birlikdə həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanın cənub bölgələrində su ehtiyatlarının səmərəli idarə olunması və yaşıl sahibkarlıq təcrübələrinin təşviqidir. Oktyabr – yanvar aylarını əhatə edən ümumi layihə müddətində 5000-ə yaxın fermerlə görüşülmüşdür. KOBİA-nın və Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Aqrar İnnovasiyalar Mərkəzinin dəstəyi ilə Azərbaycanın cənub bölgələrində (Lənkəran, Lerik, Masallı, Cəlilabad və Biləsuvar) uğurla təşkil edilən infosessiyalar nəticəsində 5000-ə yaxın iştirakçı su resurslarından səmərəli istifadə və iqlimə uyğun kənd təsərrüfatı texnologiyaları barədə məlumatlandırılmışdır.

Qeyd edək ki, layihə cənub zonasında “KOB-lar üçün su təhlükəsizliyi və icma əməkdaşlığı” mövzusunda tədbir keçirilməsi ilə başa çatacaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image