image-img-20220130-wa0031backend

Könül Nurullayeva bir illik fəaliyyət hesabatını təqdim edib

image-reklam_sirab_01

Milli Məclisin deputatı Könül Nurullayeva 2021-ci il üzrə bir illik fəaliyyət hesabatını təqdim edib.
Hesabat dövründə deputat qərargahına 2615 vətəndaş müraciəti daxil olub. Səyyar, birbaşa və onlayn olmaqla ümumilikdə 152 qəbul zamanı 1339 sakin dinlənilib. Səyyar görüşlərdə iştirak edən sakinlərin sayı 948 nəfər olub. Deputat qərargahına birbaşa 540, yazılı formada 376, telefon vasitəsi ilə 372, sosial şəbəkələr vasitəsi ilə 364, Milli Məclis Aparatından 15 müraciət daxil olub. Yazılı müraciətlər həll edilməsi üçün aidiyyəti üzrə göndərilib.
Müraciətlərin təsnifatına gəlincə, maddi yardım edilməsi, məhəllələrin abadlaşdırılması, məşğulluq, tibbi müayinə və müalicəyə köməklik, dövlət və qeyri-dövlət orqanlarının fəaliyətindən şikayətlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması xahişlərini əhatə edib. Maddi yardım, tibbi müayinə və müalicəyə köməklik, mənzil təmiri xahişləri ilə bağlı edilmiş müraciətlərin (1488 nəfər) 98%-i müsbət həll edilib.
Vətən müharibəsi şəhidləri və qazilərimiz üçün görülmüş işlərə gəlincə, hesabat dövründə şəhid Məmmədov Zəbiyulla Şahin oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə şəhidin adına böyük “Şəhid bulaq-kompleksi” inşa edilib, eyni zamanda İkinci Qarabağ döyüşlərində Nizami rayonunun 31 şəhidinin simasında ümumilikdə 60 şəhidimizin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası həyata keçirilib, 229 saylı tam orta məktəbin həyətində Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan 7 qəhrəmanın xatirəsinə hörmət əlaməti olaraq abidə ucaldılıb. Bundan əlavə, K.Nurulayevanın təşəbbüsü ilə Nizami rayonunda yaşayan şəhid ailələri və qazilər üçün ödənişsiz hüquqi və tibbi yardım aksiyaları həyata keçirilib. Son bir ildə ümumilikdə 3276 nəfərə müxtəlif yardımlar edilib.
Hesabat dövründə millət vəkili ölkə və dünya gündəmində baş verən əhəmiyyətli hadisələrə də münasibət bildirib. Bu müddətdə millət vəkilinin beynəlxalq mətbuatda 45 məqaləsi dərc olunub. Yerli mətbuatda ümumilikdə 3846 resursda 836 məqalə və açıqlama ilə çıxış edən K.Nurullayeva sosial şəbəkələrdə də fəallığı ilə seçilib. Belə ki, millət vəkili sosial şəbəkələrdə Azərbaycan, ingilis, rus, türk və fransız dillərində 3695 paylaşım edib.
Cari il K.Nurullayevanın Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi fəaliyyəti baxımından da səmərəli olub. Belə ki, Xocalı həqiqətləri ilə bağlı Xorvatiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mato Çisaka məktub göndərilib. Eyni zamanda K.Nurullayevanın Xorvatiyanın ən aparıcı media platformalarında mütəmadi olaraq Qarabağ həqiqətlərini əks etdirən məqalələri çap olunub. Azərbaycan-Xorvatiya əlaqələrinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üzrə təkliflər hazırlanıb və s.
AŞPA-da fəaliyyətinə gəlincə, millət vəkili son bir ildə keçirilən müzakirələrdə əsasən “Avropada etnik ayrı-seçkilik məsələləri”, “Vaksinləşmə prosesi”, “Uşaqlara qarşı zorakılıq”, “Təmsil olunmayan qruplardan olan qadınların siyasi və ictimai qərar qəbuletməsində iştirakının artırılması”, “Deputatların gender bərabərliyinin təşviq edilməsində rolu və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın praktik cəhətdən tətbiq olunması”, “Rəqəmsal uçurumun bağlanması: Rəqəmsal texnologiyalara bərabər çıxışın təşviqi” və “Təhlükəsiz, sağlam və təmiz ətraf mühit hüququ uğrunda bərabərsizliklə mübarizə” mövzuları üzrə çıxışlar edib. Həmçinin BMT, İHİF, Parlamentlərarası Birlik və MDB Gənclər Parlamentlərarası Assembleyası kimi beynəlxalq təşkilatların toplantılarında Azərbaycanı təmsil edib, sözügedən qurumların prezidentlərinə Qarabağ həqiqətləri barədə məktub ünvanlayıb.
Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin altıncı plenar iclasında “İqlim dəyişikliyinin gələcəyi: Firavanlıq və sülh üçün perspektivlər və çətinliklər” mövzusunda çıxış edən K.Nurullayeva iclas çərçivəsində Qarabağ həqiqətləri, işğaldan azad olunmuş torpaqlarda davam edən yenidənqurma işləri və mina xəritələrinin Azərbaycan tərəfinə təhvil verilməsinin önəmi barədə öz mövqeyimizi beynəlxalq auditoriyaya çatdırıb. Millət vəkili, həmçinin Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentinin Beynəlxalq Əlaqələr komitəsinin üzvü seçilib.
Rusiya Federasiyasına səfəri çərçivəsində MDB Gənclər Parlamentlərarası Assambleyasının 17-ci konfransında ölkəmizi təmsil edən Könül Nurullayeva, burada “MDB ölkələrində gənclər turizmi: Müasir vəziyyət və əsas inkişaf istiqamətləri” mövzusunda çıxış edib, Azərbaycanın erməni işğalından azad edilmiş torpaqlarının yenidən qurulması prosesindən söhbət açıb.
İHİF-in Nəzarət və Koordinasiya Komitəsinin “Konya 2021” 5-ci İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi ilə birgə yarışların keçiriləcəyi şəhərdə hazırlıqların gedişatı ilə tanışlıq məqsədilə təşkil olunan toplantıda iştirak edən millət vəkili, oyunların uğurlu təşkili istiqamətində bir sıra təkliflər irəli sürüb, məkan və təsislərə baxış keçirib.
Milli Məclisdə fəaliyyətə gəlincə, millət vəkili hesabat dövründə “İşsizlikdən sığorta”, “Məşğulluq”, “Əmək pensiyaları”, “Ailə Məcəlləsi”, “Gender bərabərliyinin təminatları”, “Təhsil”, “Media”, “Bədən tərbiyyəsi və idman”, “Könüllülük fəaliyyəti” haqqında Qanunlar başda olmaqla bir çox qanunvericilik aktlarının müzakirəsində fəal iştirak edib, həm bu sənədlər, həm də bir neçə dövlət qurumunun hesabatları ilə bağlı müvafiq təklif və tövsiyələrini bildirib. Könül Nurullayeva, həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Milli Məclisin soydaşlarımıza müraciətini səsləndirib.
K.Nurullayeva istedadlı gənclərə və qadınlara dəstək layihələrinin reallaşmasında dəstəyini bu müddətdə də davam etdirib. Bu baxımdan “Youth Inc.” Sahibkarlıq proqramının əhatə etdiyi bölgələrin tərkibinə Nizami rayonunun daxil edilməsi, gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsi üçün imkanların yaradılması, yenilikçi startap və biznes layihələrinə cəlb olunması və s. qeyd etmək olar.
Son olaraq bildirək ki, Könül Nurullayeva Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən fəxri fərmana, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən isə “Vətənpərvərlik işində xidmətlərinə görə” medalına layiq görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki