image-00backend

Kosovoya yaşıl işıq:  “Şengen”ə daxil edildi

image-reklam_sirab_01

Avropa Parlamenti Kosovo pasportu sahiblərinin Aİ-yə vizasız gediş-gəlişinə icazə verilməsi qərarını təsdiqlədi.

Vətəninfo.az xəbər verir ki, AP Baş Assambleyasında səsvermədən sonra verilən yazılı açıqlamada bildirilir: “Kosovo vətəndaşlarına Aİ-yə, Aİ vətəndaşlarına isə hər hansı 180 günlük müddətdə 90 günə qədər viza tələb etmədən Kosovoya səyahət etmək icazəsi verilir”.

Beləliklə, bütün Qərbi Balkanlar bölgəsi Aİ-nin vizasız səyahət zonası Şengen ilə viza azadlığı əhatəsinə daxil edildi.

Qərar rəsmi qəzetdə dərc edildikdən sonra Avropa Səyahət Məlumatı və Səlahiyyət Sisteminin (ETİAS) fəaliyyətə başladığı tarixdə və ya 1 yanvar 2024-cü ildə qüvvəyə minəcək.

Xatırladaq ki, Kosovo digər Qərbi Balkan ölkələri ilə birlikdə 2003-cü ildə Yunanıstanın Saloniki şəhərində keçirilən Aİ Liderlər Sammitində “potensial namizəd” ölkə elan edilmişdi. Ölkənin 2008-ci ildə Serbiyadan birtərəfli qaydada elan etdiyi müstəqilliyini hazırda 5 Aİ üzvü, o cümlədən Yunanıstan, Rumıniya, Slovakiya, İspaniya və Cənubi Kipr tanımır.

Kosovo 2022-ci ilin dekabrında Aİ-yə üzvlük üçün rəsmi müraciət etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki