Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7 tarixlərində Türkiyədə rəsmi səfərdə olacaq.
Vətəninfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada S.Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə ikitərəfli və beynəlxalq gündəmdəki müxtəlif məsələləri müzakirə etmək üçün Türkiyəyə səfər edəcəyi bildirilib.
Türkiyə və Rusiya xarici işlər nazirləri əsasən Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrika, Qara dəniz bölgələrindəki vəziyyəti, Rusiya tərəfinin “xoş niyyət əlaməti” adlandırdığı və 60 gün müddətinə uzatdığı Taxıl Dəhlizi Sazişi ilə bağlı fikir mübadiləsi edəcəklər.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır: “Xüsusən, türkiyəli tərəfdaşlarımızın köməyi ilə biz bu sazişlərin təkcə Ukrayna taxılının dünya bazarlarına tədarükü baxımından deyil, həm də beynəlxalq iqtisadi operatorların Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinə çıxışına mane olunmamasını təmin etmək istəyirik”.