image-1backend

London Kiyevə  285 milyon dollarlıq yardım paketi verəcək  

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki,  Böyük Britaniya Ukraynaya əlavə çoxmilyonluq hərbi yardım paketi göndərəcək .

Nazirin sözlərinə görə, söhbət “225 milyon funt-sterlinq (284,6 milyon dollar) yeni paket”dən gedir.

Nəşrin məlumatına görə, ukraynalı həmkarı Rustem Umerovla görüşən Healy dəqiqləşdirib ki, London Kiyevə daha çox hava hücumundan müdafiə və radioelektron müharibə vasitələri, eləcə də ölkənin hərbi dəniz qüvvələri üçün pilotsuz təyyarələr və döyüş sursatları verəcək.

Nazirin sözlərinə görə, elan edilən paket çərçivəsində Böyük Britaniya da “təlim təklifini genişləndirmək” niyyətindədir.

Nəşrin yazdığına görə, Healy Böyük Britaniya üçün Ukraynaya dəstəyin prioritet istiqamətləri arasında “Ukrayna əsgərlərinin Britaniya hərbçiləri tərəfindən hazırlanması və sənaye əməkdaşlığının genişləndirilməsini” qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image