Yunan mətbuatı Fransa prezidenti Makrondan Türkiyəyə “Meteor” raketlərini satmamasını istəyən Yunanıstanın baş naziri Mitsotakisin rədd cavabı aldığını yazıb. Makron Miçotakisə raketlərin satışını əngəlləmək imkanının olmadığını deyib.
Vətəninfo.az xəbər verir ki,Yunanıstanda nəşr olunan “EFSYN” qəzetində dərc olunan “Fransız Meteoriti” başlıqlı xəbərə görə, Makrondan Miçotakisin Türkiyəyə “Meteor” raketlərini satmamaq istəyinə aldığı cavab “Meteor”ların satışının qarşısını almaq imkanının olmadığı olub.
Fransa tərəfi Mitsotakisə məlumat verib ki, Meteor altı ölkədən ibarət konsorsium tərəfindən istehsal olunduğu üçün beynəlxalq təcrübədə bunun mümkün olmadığı bildirilib.
Digər tərəfdən adı açıqlanmayan mənbələrə əsaslanan xəbərdə Yunanıstanın Ankaraya mümkün raket satışının qarşısını almaq üçün konsorsiuma daxil olan digər ölkələrin hökumətlərinə müraciət etməyi hədəflədiyi bildirilib.
Yanvarın 29-da Yunanıstanın müdafiə naziri Nikos Dendias Fransanın Afinadakı səfiri Lorans Auerə Yunanıstanın Türkiyəyə Meteor raketləri satacağı xəbərindən narahatlığını çatdırıb.
“Hava-hava” tipli raket sinfində olan “Meteor” Fransada yerləşən MBDA tərəfindən istehsal edilib. Fransadan başqa konsorsiuma İngiltərə, Almaniya, İtaliya, İspaniya və İsveç daxildir.