2027-ci ildə MDB-yə sədrlik Özbəkistana keçəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin baş katibi Sergey Lebedev MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
“Elan etmək istərdim ki, 2027-ci ildə Müstəqil Dövlətlər Birliyinə sədrlik Özbəkistana keçir”, – o qeyd edib.


























