image-2backend

Mehmet Nuri Ersoy: ”Türkiyə ən çox turist qəbul edən ölkələrdən biridir”

image-reklam_sirab_01

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyənin dünyanın ən çox turist qəbul edən 3-cü ölkəsi olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, İstanbul Tüyap Sərgi və Konqres Mərkəzində “26-cı Beynəlxalq Şərqi Aralıq dənizi Turizm Sərgisi”nin (EMITT) açılışına qatılan Mehmet Nuri Ersoy 2022-ci ildə 42 milyon turist və 35 milyard dollar gəlir hədəfi ilə yola çıxdıqlarına diqqət çəkib.

“İl ərzində bu hədəfə üç dəfə yenidən baxıldı. İlin sonunda Türkiyənin  turizmdən əldə etdiyi gəlir 46,3 milyard dollara, ölkəyə gələn turistlərin sayı isə 51,4 milyona çatıb”,-deyə Mehmet Nuri Ersoy qeyd edib.
Türkiyənin mədəniyyət və turizm naziri bildirib ki, beləliklə Türkiyə dünyanın ən çox turist qəbul edən ölkələrindən biri olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki