image-meriban-xbackend

Mehriban xanım Əliyeva xalqımızın və dövlətimizin gələcəyi naminə doğru addımlar atır.

image-reklam_sirab_01

Ölkəmizin Birinci xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünəxas nəcibliyi, humanistliyi, qayğıkeşliyi ilə hər zaman xalqına örnək olmuşdur. Bir-birindən vacib və əhəmiyyətli layihələri həyata keçirən siyasətçi, diplomat, ictimai xadim – Mehriban Əliyevanın himayəsi altında reallaşan humanitar sahədə gördüyü işlərin sayı-hesabı yoxdur. Azərbaycanın birinci xanımı Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinə ictimai dəstəyin artırılmasında hər zaman ciddi töhfələr verir. O öz yüksək statusundan və təşkilatçılıq imkanlarından istifadə edərək ehtiyacı olanların problemlərinin həllinə çalışır.
Mehriban xanım Əliyeva öz əyinatı ilə bağlı bildirib ki, Birinci vitse-prezident kimi bundan sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətindədir. Digər tərəfdən, o, bu uğurlu təyinata qədər Azərbaycan üçün gördüyü işləri nəzərdən keçirsək, belə bir qənaətə gəlmək mümkündür ki, Birinci Xanım bundan sonrakı illərdə əvvəlki fəaliyyətini dövlət idarəçiliyində daha sistemli şəkildə və uğurla həyata keçirəcək.
Hazırda Birinci vitse-prezident rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilmişdir. Bu proqramların arasında Yeniləşən Azərbaycana yeni məktəb” proqramını xüsusilə qeyd etmək olar. Bu proqramın nəticəsində ölkəmizdə üç mindən çox məktəb təmir olunub və ya yenidən tikilmişdir. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Mehriban xanım Əliyeva ölkədə təhsilə və təhsil sisteminə hər zaman önəm vermişdir. Onun təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil sisteminin inkişafına dair bir sıra işləri həyata keçirmişdir.
Onu da qeyd etməliyik ki, Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız ölkə daxilini əhatə etməyib. Onun təşəbbüsü ilə Azərbaycandan xaricdə də çoxsaylı humanitar layihələr həyata keçirilib. Bu humanist missiya bütün dünyaya bəllidir və gözəl nümunədir. Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva artıq yeni statusda, yəni indiyə qədər olan fəaliyyətini dövlət siyasəti səviyyəsində həyata keçirməkdədir.
Mehriban xanım Əliyeva ölkədə həsas əhali qruplarına olan qayğısını əsirgəməmişdir. Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Qəhrəman şəhidlərimizin övladlarına, valideynlərinə olan diqqəti və qayğısını xüsusilə qeyd etmək olar.
Nəzərinizə çatdırmaq istəyirəm ki, gərgin ictimai fəaliyyətinə baxmayaraq, Mehriban xanım Əliyeva xalqımızın və dövlətimizin gələcəyi naminə doğru addımlar atır. Məhz bu addımlar Azərbaycanın və onun xalqının gələcək günlərinin firavan olacağından xəbər verir.

Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi
Əliyeva Zenfira Taleh qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki