image-644f65c56fdc5backend

“Mən belə bir atanın oğluyam…” – Ərdoğan

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə mesaj paylaşıb.

Vətəninfo.az xəbər verir ki,   “Twitter” hesabında paylaşım edən Ərdoğan işçilərə xitabən bu sözləri yazıb: “Əziz işçi yoldaşlar, dolanışığını kapitanlıqla təmin edən veteran bir atanın oğluyam. Gəncliyində İETT-də fəhlə işləyən, tər tökmüş bir qardaşınızam. Əməyin, alın tərinin, dostlarla isti çörəyi paylaşmağın xoşbəxtliyini çox gözəl bilirəm.

Ölkəmizə siyasət yolu ilə xidmət etmək üçün apardığımız mübarizədə biz öz kökümüzü və haradan gəldiyimizi heç vaxt unutmadıq.

Biz həmişə sizin hüquqlarınızı təmin etməyə çalışdıq.

İllərdir istismar edilən 1 May gününüzü sizin üçün bayram tətili elan etdik. Sözün həqiq mənasında Əmək Bayramı etdik bu günü. Təşkilatçılıq, həmkarlar ittifaqı hüquqları və əmək haqqı ilə yanaşı, işçilərin sağlamlığı və təhlükəsizliyi sahəsində də çox mühüm addımlar atdıq.

2002-ci ildə 184 lirə və ya 126 dollar olan minimum əmək haqqını bu gün 8500 lirəyə, yəni 437 dollara yüksəltdik. Biz minimum əmək haqqını və minimum əmək haqqına bərabər olan digər muzdluların gəlirlərini istisna etdik.

Nə etdiksə birlikdə etdik, birlikdə uğur qazandıq.

Çətinlikləri çiyin-çiyinə dəf etdik.

İnşaallah, “Türkiyə əsri”ni də yenidən sizinlə birlikdə quracağıq.

Mayın 14-də yenə siz zəhmətkeşlərin dəstəyinə inanıram.

Sizi 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki