image-11backend

“Mən tezliklə öləcəyəm” – Mixeil Saakaşvili

image-reklam_sirab_01

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsdə olarkən səhhətinin kəskin pisləşdiyini və hazırda ölməkdə olduğunu bildirib. Vətəninfo.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti  Mixeil Saakaşvili, “Politico” qəzetinə açıqlamasında bildirib.

“Saxlanılan müddətdə səhhətim kəskin şəkildə pisləşdi. Mən indi ölürəm”, – Saakaşvili bildirib.
O, həbsdə olarkən işgəncələrə məruz qaldığını və siyasi məhbus kimi təqdim edildiyini də iddia edib.

“Mən müntəzəm olaraq fiziki və psixoloji işgəncələrə məruz qalmışam və hazırda bədənimdə ağır metal zəhərlənməsinin əlamətləri var. İndi mən 20-dən çox ağır xəstəlikdən əziyyət çəkirəm, onların hamısı həbsdə olarkən yaranıb”, – deyə siyasətçi bildirib.

O, 2021-ci ilin oktyabrında Gürcüstana qayıdanda “sağlam, enerjili 54 yaşlı kişi” olduğunu vurğulayıb.

“Ölkədən kənarda lazımi tibbi yardım almasam, tezliklə öləcəyim getdikcə aydınlaşır”, o əlavə edib.

O, ABŞ və beynəlxalq ictimaiyyəti “Gürcüstan hökumətinə diplomatik təzyiq göstərməklə onun həyatını xilas etmək üçün mümkün olan hər şeyi etməyə” çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki