image-reklam-veteninfo
image-1backend

Mersində korrupsiya istintaqı: üç bələdiyyə sədrinin də daxil olduğu 10 şübhəli həbs edilib

image-reklam-veteninfo

Türkiyənin Mersin şəhərində bələdiyyələrə qarşı aparılan korrupsiya araşdırması çərçivəsində aralarında Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer, Yenişehir Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli Bələdiyyəsinin sədri Ahmet Serkan Tuncerin də olduğu 10 şübhəli həbs edilib.

Vətəninfo.az xəbər verir ki, Mersin Baş Prokurorluğunun Böyükşəhər Bələdiyyəsi, Mezitli və Yenişehir bələdiyyələrinə qarşı apardığı istintaq çərçivəsində ümumilikdə 59 şübhəli saxlanılıb.

Polis bölməsindəki prosedurları tamamlanan şübhəlilər tibbi müayinədən keçirildikdən sonra məhkəməyə çıxarılıb.

Məhkəmə qərarı ilə 10 şübhəli, o cümlədən Vahap Seçer, Abdullah Özyiğit və Ahmet Serkan Tuncer barəsində həbs qərarı çıxarılıb.

Bundan başqa, 6 şübhəli ev dustaqlığına göndərilib, 1 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Digər şübhəlilərlə bağlı məhkəmə prosesinin davam etdiyi bildirilir.

Mersin Baş Prokurorluğu tərəfindən oktyabrın 1-də şəhərin Böyükşəhər Bələdiyyəsi və mərkəzi rayon bələdiyyələrinə qarşı eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı 59 nəfər saxlanılıb.

İstintaq sənədlərində Böyükşəhər Bələdiyyəsində həyata keçirilən 13 ayrı birbaşa satınalma və tender prosedurunda qanun pozuntularına yol verildiyi iddia olunur. Sənədlərdə bəzi mal və xidmətlərin satın alınması prosesində bələdiyyə sədri Vahap Seçerin “razılığı”nın olduğu irəli sürülür.

Mezitli Bələdiyyəsinin sədri Ahmet Serkan Tuncer barəsində isə korrupsiya istintaqından əlavə ayrıca araşdırmanın aparıldığı bildirilir.

Tuncer “silahlı cinayətkar təşkilata rəhbərlik etmək”də ittiham olunur. İstintaqda həmçinin onun düşmən münasibətdə olduğu şəxslərin iş yerlərinə silahlı hücumların təşkilində rolunun olub-olmadığı araşdırılır.

Məlumata görə, həmin hücumların hədəfləri arasında Yeni Partiyanın binası, Mersin Valiliyinin binası və bir media qrupunun iş yeri də olub.

Əvvəlki əməliyyat çərçivəsində isə istintaq sənədlərində adı keçən Doğukan Uyan və daha üç nəfər həbs edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki