image-arzuman_muradli-yeni_foto_-2backend

“Məscidləri talan, qarət edib dağıdan Ermənistanın dinin müdafiəçisi kimi çıxış etməsi bütün müsəlman dünyasına təhqirdir” – Arzuman Muradlı

image-reklam_sirab_01

“Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində keçirilən iclasında iştirak edib. Ararat Mirzoyan ərəb dövlətlərinin nazirləri qarşısında Azərbaycan əleyhinə çıxış edib, Ermənistanın müsəlman aləmi ilə sıx əlaqələrindən danışıb. Ərəb nazirlərdən biri ona sual verməyib ki, Ermənistan İslam dininə bu qədər hörmət edirsə, Qarabağdakı məscidləri niyə dağıdıb?” -Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Arzuman Muradlı bildirib ki, məscidləri talan, qarət edib dağıdan Ermənistanın dinin müdafiəçisi kimi çıxış etməsi bütün müsəlman dünyasına təhqirdir.

“Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin toplantısına xristian Ermənistan dəvət olunduğu halda müsəlman Azərbaycan niyə dəvət olunmayıb? Axı ərəb dövlətləri arasında Azərbaycanı dost və tərəfdaş adlandıranlar az deyil. Misal üçün Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısı 2022-ci ilin noyabrın 1-də Əlcəzairdə keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısına ev sahibliyi edən Əlcəzair prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində fəxri qonaq statusunda iştirak etmişdi. İlham Əliyev zirvə toplantısındakı çıxışında Ermənistanın içğalçı siyasəti barədə məlumat vermişdi.” -deyə politoloq əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki