image-image_750x_64476ba124547backend

Məşhur aparıcı CNN -dən qovuldu

image-reklam_sirab_01

CNN məşhur aparıcı  Don Lemonu qovub. Vətəninfo.az xəbər verir ki, bu barədə aparıcı özünün “Twitter” səhifəsində məlumat verib.

“Mən şoka düşdüm. 17 ildir çalışdığım CNN-dən bu cür cıxarılacağımı gözləmirdim. Kanalın rəhbərliyindən birinin bu işdən çıxarılma barədə mənə birbaşa deyəcək ləyaqətə sahib olmasını gözləyirdim. Amma bu onlarda yoxdur”-deyə aparıcı bildrib.

CNN bildirib ki, Lemona rəhbərliklə görüş təklif olunub, lakin o, bundan imtina edib. Telekanalın müqaviləyə xitam verməsinin səbəbi də qeyd edilmir.

Bundan əvvəl məlum olub ki, ABŞ hakimiyyətinin hərəkətlərini dəfələrlə tənqid edən teleaparıcı Taker Karlson da Fox News telekanalı ilə əməkdaşlığı dayandırıb. Karlsonun gedişinin səbəbləri də qeyd olunmur.

Əməkdaşlığa xitam verilməsinin təşəbbüskarı olduğu da məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki