image-369518255_10159024592222691_7279332356780265436_nbackend

Məşhur idmançı olan Maestro:Niyazi haqqında bilmədiklərimiz…

image-reklam_sirab_01

Azərbaycanın Xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə – Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Lenin komsomolu laureatı, Beynəlxalq Nehru mükafatı laureatıdır.

Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-1935-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini – “Rast” və “Şur”u nota köçürür. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə məşhur əsərini – “Rast” simfonik muğamını yazır.
Niyazinin ifaçılıq fəaliyyəti daha çox Opera və Balet Teatrı ilə bağlıdır. O, 1937-48, 1951-52-ci illərdə teatrın dirijoru, bədii rəhbəri və baş dirijoru olub. 1979-cu ildən filarmoniyanın direktoru vəzifəsində çalışıb.
Üzeyir Hacıbəyovu özünün ustadı sayıb. Yeganə adam olub ki, ömrünün son gününə qədər Üzeyir bəyin ölüm və doğum günün qeyd edib. Üzeyir bəy ona “Knyaz” adı verib və dostları onu həmişə Knyaz deyə çağırırdılar.

Maesrto, Qara Qarayev və Fikrət Əmirovla bir-biri dindirmirdilər. Onlar ölənəcən barışmayıblar. Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Leninqrad Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedib.

Maestro Niyazi Həcər xanımla Mahaçqalada tanış olub. Həcər xanım əslən Cənubi Azərbaycandan olub. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxın münasibətləri yaranır. Niyazi bəy Həcər xanımı burada görür və bir-birlərinə aşiq olurlar. Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyiblər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmur. Gənclər qaçıb gizlincə evlənmək qərarına gəlirlər. Elə belə də edirlər. Ancaq həmin dövrdə Hacıbəyovlar ailəsində də vəziyyət yaxşı deyilmiş. Gənclər harda, necə yaşayacaqlarını bilmirmişlər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə ömür sürüblər. Niyazi öz həyat yoldaşı Həcər xanımı çox sevirdi. Hər dəfə restoranlara gedəndə Niyazi qəfildən çıxırdı stolun üstünə də qışqırırdı
-Həcər, ay Həcər
-Cannn
-Mən sənin nəyinəm?
-Sən mənim Appolonum, Sevdiyim və Ərimsən
Niyazi bu sözləri eşidib stolun üstündən düşürdü..
Belə sevgi yaşamaq bilirsiz nə gözəldir…

Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Bəzi mənbələrdə qeyd edilir ki, onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotika aludəçisinə çevrilir. 1990-cı ildə narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini əldə edə bilməyəndə analığı Həcər xanımı öldürmək qərarına gəlir. Əvvəl analığının başından vurur, sonra isə onu boğur və evi qarət edərək qaçır.
İndi Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyalarının və əlyazmalarının çoxu yoxdur. Deyilənə görə, o əşyaların bəzilərini (məsələn, Maestronun həmişə barmağına taxdığı brilliant qaşlı üzüyü) Ceyhun evdən çıxararaq satıb, puluna narkotik alıb, həbs olunub və 2000-ci ildə azadlığa çıxıb, səfil həyatı keçirib.

Şəhərdə Niyazi küçəsinin onun adına olmasını deyirlər. Əslində Bağ, Nərimanov, Sadovaya, sonra isə Niyazi adlanan küçənin maestro Niyazi ilə heç bir əlaqəsi yoxdur. Prezident Adminstrasiyasından “Azneft” meydanı istiqamətində olan bu küçə hələ sovet dövründən özbək şair-dramaturqu Həmzə Həkimzadə Niyazinin şərəfinə adlanıb.
” Azərbaycan xalqının bəxti onda gətirib ki, Niyazitək dirijoru var. Bu güvən duyğusuna bütün türk dünyasının haqqı çatır”.

Y. Mravinski onun haqqında bu sözləri deyib.

Maestro Niyazi həm də güclü ağırlıqqaldıran olubmuş. Niyazi “Dinamo” cəmiyyətinin bu idman növü üzrə birinciliklərində dəfələrlə iştirak edib. 16-18 yaşlarında 56 kq çəki dərəcəsində bir neçə dəfə Bakı və Azərbaycan çempionu, medalçısı olmuş Maestro, həm də bir neçə ölkə rekordunu vurmuşdu.Niyazi II dünya müharibəsindən sonra – 1946-60-cı illərdə Azərbaycan SSRİ İdman Nazirliyinin nəzdində ağır atletika şöbəsinin sədri də olub. Çox millətçi adam olub. Harda işləməsindən asılı olmayaraq o işə Azərbaycanlıları götürüb. Buna görə onun barəsində Moskvaya çox saylı anonim məktublar gedib. Onu şovinist, millətçi, türkçü, hətta ikinci Hitler adlandırıblar. Azərbaycan muğamının qatı qoruyucusu olub. Maestro Azərbaycan Bəstəkarlar İttifaqında 1955-ci ildə keçirilən müzakirədə qeyd edirdi ki, Azərbaycan muğamlarının İran muğamlarından fərqlidir. Onları eyniləşdirənlər muğamın tarixindən xəbərsizdirlər. Və fikrin sübut etmək üçün o, öz çıxışında belə bir missal gətirirdi: “bizim dil türk dilidir, türkmənlər, özbəklər, azərbaycanlılar həmin dildə danışır, lakin bu, Azərbaycan dilinin özbək dili olması demək deyildir”.

Niyazi 1984-cü ilin avqustun 2-də ürək çatışmazlığından 71 yaşında vəfat edib.

Zaur Aliyev, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki