image-reklam-veteninfo
image-img-20250922-wa0159backend

Ağstafada dahi bəstəkar Üzeyir Hacıbəylinin  “O olmasın, bu olsun” musiqili komediya tamaşası nümayiş etdirilib

image-reklam-veteninfo

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa şəhər Hüseyn Arif adına musiqi məktəbinin təqdimatında dahi bəstəkar, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illiyi münasibəti ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində “O olmasın, bu olsun” musiqili komediya tamaşası nümayiş etdirilib.
Tamaşaçılar sırasında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri də yer alıblar.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, 18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi təsis olunub. Prezident İlham Əliyevin 2025-ci ildə imzaladığı Sərəncama əsasən, musiqişünas-alim, publisist və ictimai xadimin yubileyi münasibətilə ölkəmizin müxtəlif şəhər və rayonlarında silsilə tədbirlər keçirilir. Konsertlər, tamaşalar, sərgilər, elmi simpoziumlar təşkil olunur.

image-img-20250922-wa0159 image-img-20250922-wa0158 image-img-20250922-wa0156 image-img-20250922-wa0155 image-img-20250922-wa0154 image-img-20250922-wa0153


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki