image-000backend

Məşhur narkobaron həbs edildi

image-reklam_sirab_01

Meksika polisi Körfəz narkotik kartelinin Metros filialının aparıcı üzvlərindən biri olan “keçi” ləqəbli Huqo Salinas Kortinası həbs edib.

Vətəninfo.az Meksika mətbuatına  istinadən verdiyi xəbərə görə “keçi” ləqəbli (La Cabra) Kortinas aprelin 27-də ABŞ-nının Texas ştatının yaxınlığında saxlanılıb. Cortinasın üzərində aparılan axtarış zamanı iki silah və fentanil olduğu anlaşılan 600 həb ələ keçirilib.

Məlumata görə Texas sərhədində fəaliyyət göstərən Kortinas polisin hədəfə götürüldüyü 23, hərbçilərə yönəlik 9 hücumda iştirak edib.

Kortinasın həyat yoldaşı isə 2021-ci ildə evində polis tərəfindən aparılan axtarış nəticəsində qutu və çantalarda gizlədilmiş 800 min dollardan çox pul tapdıqdan sonra həbs edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki