Dünya şöhrətli reper Cey Ziyə qarşı da ciddi ittihamlar səslənib. Onun münaqişədə əli olduğu müəyyən edilib. Məhkəmələr 2000-ci ildə, hələ 13 yaşında olarkən sənətçilərin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirən qadından ifadə alıb. Vətəninfo.az xəbər verir ki,Cey Zi artıq ittihamları təkzib edib.
Daily Mail-in məlumatına görə, Cey-Z keçmiş sevgilisi Keysi Venturaya qarşı zorakılıq etdiyinə dair görüntülər yayıldıqdan sonra keçmiş yaxın dostu P.Diddi ilə əlaqələrini tamamilə kəsib. Qəzetin mənbəsi qeyd edib ki, o, öz reputasiyasını qorumaq naminə hər şeyə hazırdır. Hazırda musiqiçinin əsas problemi ailəsinin təhlükəsizliyi və mümkün həbsdən yayınmasıdır.