Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov Fövqəladə Hallar Nazirliyindəki vəzifəsindən azad edilib.
Sitat.info bu barədə məlumat əldə edib.
Belə ki, mayor rütbəsi daşıyan Tural Adıgözəlov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini vəzifəsində işləyib.
O, öz ərizəsi ilə işdən çıxarılıb və səbəbi ilə bağlı isə heç bir məlumat verilməyib.