“MİDA” MMC “Bakı şəhəri,Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,31 ha torpaq sahəsində 5 çoxmənzilli yaşayış binasının və mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması” tenderinin nəticələrini elan edib.
Vətəninfo.az xəbər verir ki, tenderin qalibi “Amal Group” MMC (VÖEN: 1305578581) olub.
Qalib şirkətə 27 285 107 manat ödəniləcək.
Qeyd edək ki, “Amal Group” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan İbrahimli Asif oğludur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, Ev 44, Caspian Plaza 2-ci korpus,15-ci mərtəbə ünvanında yerləşir.