image-img-20250218-wa0025backend

Millət vəkili Asif Əsgərov cüdocularla görüşdü – FOTO 

image-reklam_sirab_01

Fevral ayının 14-16-sı tarixlərdə Bakıda Milli Gimnastika Arenasında Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarına əsasən, “Dünya Cüdo Turu” seriyasına daxil olan Bakı Böyük Dəbilqə turniri keçirildi.
Üç gün davam edən turnirdə 38 ölkədən 270 cüdoçu medallar uğrunda mübarizə apardılar. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 12 çəki dərəcəsində 24 kişi və 9 qadın idmançı ilə təmsil olunurdu. Beləliklə Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turniri Azərbaycan cüdoçuları üçün uğurla başa çatdı. Azərbaycan cüdoçuları ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edərək komanda hesabında ikinci pilləyə yüksəldilər.
Turnirdə “”Atilla”” İdman Klubunun idmançıları da iştirak edirdilər. Ümumilikdə qazanılan 5 medaldan 3 medalı, möhkəm iradə və əzmkarlıq göstərərək, “Atilla” İdman klubunun idmançıları əldə etdilər.
Qeyd edək ki “Atilla” İdman Klububub idmançıları 73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev (məşqçisi Əli Dərvişov)- gümüş medal, 73 kq çəki dərəcəsində Vüsal Qələndərzadə (məşqçisi R.Həsənov)- bürünc medal, 66 kq çəki dərəcəsində Elçən Əsədov (məşqçisi E.Həsənov)- bürünc medal qazanmışdırlar.
Bu gün Azərbaycan Cüdo Federasiyası İdarə heyətinin üzvü, Millət vəkili Asif Əsgərov “Atilla” İdman Klubunda qalib cüdocularla görüşdü. Qeyd olundu ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriik. Bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır. Ölkəmizdə idmana olan diqqət və qayğı dövlət siyasətinin əsasını təşkil edir.
Millət vəkili qeyd etdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev idmanın inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirilməsinə, eyni zamanda Azərbaycan Cüdo Federasiyasının Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlığına və Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olmasına böyük şərait yaradıb. Bundan sonra da Respublikamızda cüdo idman növünün dahada inkişafı istiqamətində bir sıra işlər həyata keçirilməkdədir.
Görüş zamanı qalib cüdoçular mükafatlandırılaraq onlara gələcək yarışlarda daha boyuk uğurlar arzulandı.

image-img-20250218-wa0026


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image