image-img-20220409-wa0007backend

Millət vəkili:“İsraildə də Azərbaycan Səfirliyinin açılmasına böyük ehtiyac var idi”-ÖZƏL

image-reklam_sirab_01

“Azərbaycan və İsrail dövlətləri arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələr mövcuddur. Azərbaycan və İsrail xalqları arasında möhkəm dostluq əlaqələri var və bu əlaqələr qədim tarixə malikdir. Azərbaycanda yəhudi xalqının nümayəndələri, İsraildə isə azərbaycanlılar kompakt halda yaşayır, ölkələrimizin inkişaf və tərəqqisinə böyük töhfələr verirlər”.

Vətəninfo.az-a bu fikirləri  Milli Məclisin deputatı  Emin Hacıyev Azərbaycanın İsrail dövlətində səfirlik açılması ilə bağlı qərarının Milli Məclis tərəfindən qəbul edilməsinə münasibət bildirən zaman bildirib.

Millət vəkili qeyd edib ki, Qarabağ müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfər İsrail tərəfindən dəstəklənib: “Hazırda İsrail şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində iştiraka böyük maraq göstərirlər. İsrail 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Azərbaycanda uzun illərdir ki, İsrail Səfirliyi fəaliyyət göstərir və İsraildə də Azərbaycan Səfirliyinin açılmasına böyük ehtiyac var idi. Hesab edirəm ki, İsraildə, Tel-Əviv şəhərində Azərbaycan Səfirliyinin açılması iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoymasına və daha da inkişaf etməsinə böyük təkan verəcək”.

 

Vətəninfo.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki