Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni səviyyəyə qaldırılması üçün “altı iqtisadiyyat – bir məhsul” prinsipini təklif edib.
Vətəninfo.az xəbər verir ki, Mirziyoyev bu təklifi Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşündə səsləndirib.
Özbəkistan lideri ölkələr arasında sadə qarşılıqlı ticarətdən birgə istehsala keçidin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bunun üçün birgə sənaye və texnoloji zəncirlər, rəqəmsal xidmətlər və investisiya mexanizmləri yaradılmalıdır.
Mirziyoyev həmçinin 2027-ci ildə Xivə şəhərində Mərkəzi Asiya–Azərbaycan Biznes Forumunun keçirilməsini təklif edib. O, birgə investisiya layihələrinə maliyyə və texniki dəstək göstərəcək xüsusi platformanın yaradılmasını da təklif edib.
Özbəkistan Prezidenti əməkdaşlığın prioritet istiqamətləri sırasında nəqliyyat dəhlizlərinin inkişafı, enerji, suya qənaət edən texnologiyalar, süni intellekt və kritik minerallar sahələrini də qeyd edib.


























