image-timthumbbackend

Misir Rusiyaya gizli şəkildə raket göndərməyə cəhd edib

image-reklam_sirab_01

Misir gizli şəkildə Rusiyaya 40 minə qədər raket göndərməyi planlaşdırırdı. Vətəninfo.az xəbər verir ki, bu barədə Washington Post Pentaqonun məxfi sənədlərinə istinadən yazır.

Nəşrin məlumatına görə, Amerikanın Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən biri və ABŞ-dan əsas yardım alan Misir prezidenti Əbdülfəttah əs-Sisi bu yaxınlarda öz tabeliyində olanlara Rusiyaya qaçaqmalçılıq yolu ilə 40 minə qədər raket istehsal etməyi əmr edib.

Nəşrin müəllifi qeyd edir ki, 17 fevral tarixli məxfi sənəddə guya Misir prezidenti ilə yüksək rütbəli hərbi rəsmilər arasında söhbətlər yer alır, burada barıt və artilleriya mərmilərinin tədarükü planlarından bəhs edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki