image-1backend

MN: Silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir

image-reklam_sirab_01

 

Azərbaycan Ordusunda 2024-cü ilin hazırlıq planına uyğun olaraq, silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər icra edilir.

Bu barədə Vətəninfo.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd edilib ki, hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və düzgün istismarını təmin etmək məqsədilə bölmələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin olunur.

“Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümə uyğun dəyişdirilir, həmçinin elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır”, – məlumatda bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image