image-reklam-veteninfo
image-1backend

Moskva xəbərdarlıq etdi: Ermənistandakı yeni məlumat mərkəzi Rusiyaya qarşı istifadə oluna bilər

image-reklam-veteninfo

Ermənistanda yaradılması planlaşdırılan yeni süni intellekt məlumat mərkəzi Qərb kəşfiyyatının, o cümlədən Rusiyaya qarşı fəaliyyət üçün istifadə edilə bilər.

Vətəninfo.az xəbər verir ki, bu  barədə Rusiya Təhlükəsizlik Şurasının açıqlamasında bildirilib.

Qeyd olunub ki, söhbət “Firebird AI” şirkətinin Ermənistanın Razdan şəhərində inşa etməyi planlaşdırdığı süni intellekt məlumat emalı mərkəzindən gedir.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, mərkəzin imkanlarından İran, Rusiya, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə bağlı analitik və kəşfiyyat məlumatlarının toplanması və emalı üçün istifadə oluna bilər.

“Onlardan İran, Rusiya, Qafqaz və Mərkəzi Asiya dövlətləri də daxil olmaqla Qərb kəşfiyyat orqanları üçün analitik və kəşfiyyat işləri aparmaq məqsədilə istifadə etmək olar”, – deyə Şevtsov bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki