image-1111backend

Moskvada kritik görüş başlayır: Hulusi Akar və Hakan Fidan da Rusiyadadır

image-reklam_sirab_01

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Türkiyə-Rusiya-Suriya-İran müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin dördtərəfli görüşündə iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya gediblər.

Vətəninfo.az xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu, Suriya müdafiə naziri general-leytenant Əli Mahmud Abbas və İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ilə bu ölkələrin kəşfiyyat rəhbərlərinin də iştirak edəcəyi toplantıda nazir Akar və MİT rəhbəri Fidan iştirak edəcək.

H.Akar səfər çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki