image-321611720_5658266477582695_2777268164244790479_nbackend

Müzəffər Ali Baş Komandan, Qurucu Prezident!

image-reklam_sirab_01

“Dövlət başçımız İlham Əliyev tariximizə Zəfər paradını qəbul etmiş Müzəffər Ali Baş Komandan kimi düşüb. Onun təşəbbüsü və rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda hal-hazırda aparılan böyük quruculuq işləri, ümumiyyətlə ölkəmizin inkişafı naminə çoxşaxəli fəaliyyəti İlham Əliyevin həm də qurucu Prezident olduğuna dəlalət edir.” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabından millət vəkili Adil Əliyev yazıb.

Millət vəkili bildirib ki, bu böyük Zəfər və nəhəng quruculuq işləri olmasaydı, indi Azərbaycan da yəqin ki, indiki kimi güclü və qürurlu olmazdı, bəlkə taleyimiz də fərqli olardı.

“Bu isə onu deməyə əsas verir ki, İlham Əliyevin Müzəffər Ali Baş Komandan və qurucu Prezident kimi xalqımızın və dövlətimizin taleyində oynadığı rol parlaq və misilsizdir. Ad gününüz mübarək, Müzəffər Ali Baş Komandan, Qurucu Prezident!”- deyə Adil Əliyev qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki