image-11backend

Naxçıvanda yüksək vəzifəli şəxslər işdən çıxarıldı – ADLAR

image-reklam_sirab_01

Baş prokuror Kamran Əliyevin əmri ilə Naxçıvan Muxtar Respublikası (NMR) Prokurorluğunun İstintaq şöbəsinin rəisi İlqar Əsgərov tutduğu vəzifədən azad olunub.

Vətəninfo.az xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun mətbuat xidməti yayıb.
Digər əmrlə NMR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru Əsrafil Əsgərov da işdən çıxarılıb.

Onların hər ikisinin prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki