image-defaultbackend

NBCNews: Tramp Nyu York Baş Prokurorluğunda 8 saat ifadə verib

image-reklam_sirab_01

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ifadə vermək üçün Nyu-Yorkun baş prokuroru Letitia Ceymsin ofisində təxminən səkkiz saat qalıb. Vətəninfo.az xəbər verir ki, bu barədə NBCNews xəbər yayıb.

Tramp ofisə səhər saat 9:30-da gəlib, avtomobili isə axşam saat 18:00-dan sonra çıxıb.

Tramp daha sonra özünün Truth Social səhifəsində gecə saatlarında yazdığı paylaşımda ifadəni “ABŞ-ın 45-ci prezidentinin növbəti ədalətsiz və gülünc təqibi” adlandırıb. O, ona qarşı aparılan müxtəlif araşdırmalar barədə də məlumat yayıb və bunları “seçkilərə müdaxilə” adlandırıb.

Nyu-Yorkun baş prokuroru Letitia James ABŞ-ın keçmiş prezidenti Donald Trampa, onun övladlarına və əlaqəli şirkətlərə qarşı saxtakarlıq və yalan məlumat verməkdə şübhəli bilinərək 250 milyon dollarlıq iddia qaldırıb.

O, həmçinin ABŞ Ədliyyə Nazirliyini və ABŞ prezidenti Co Baydenin ətrafını korrupsiyada və qarşıdan gələn seçkilərə müdaxilədə ittiham edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki