İsrailin baş naziri Benyamin Netanyahu ölkənin kəşfiyyat xidməti MOSSAD-dan İran ərazisində gizli əməliyyat keçirməyə hazırlaşmağı istəyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Netanyahu MOSSAD rəhbərindən mümkün əməliyyata hazırlıqla bağlı İsrail Nazirlər Kabinetini və ya İsrail ordusunun Baş Qərargah rəisini məlumatlandırmadan hərəkət etməsini tələb edib.
Məlumatda sözügedən əməliyyatın mümkün hədəfləri, miqyası və həyata keçirilmə vaxtı barədə ətraflı məlumat verilməyib. İsrail rəsmiləri tərəfindən də iddiaya dair rəsmi açıqlama yayılmayıb.


























