image-bez-nazvaniyabackend

“Nikol Paşinyanın səfər öncəsi açıqlamaları məğlubiyyətin anonsudur” – Millət vəkili

image-reklam_sirab_01

Azərbaycan prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir. Konfrans 17-19 fevralda aralığında keçirilir.  Münhen Təhlükəsizlik Konfransında Əliyev kimi Paşinyanın da iştirakı gözlənilir.   Münhen Təhlükəsizlik Konfransında gözlənilən ehtimalları millət vəkili Əliabbas Salahzadə Vətəninfo.az saytına şərh edib.

” Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü ehtimal edilir. Erməni müxalifəti  Nikol Paşinyanın səfər öncəsi açıqlamalarını məğlubiyyətin anonsu adlandırıblar. Ermənistan sülh müqaviləsi bağlamaqdan müxtəlif üsullarla yayınır. Yəqin ki, Münhen görüşündə müəyyən irəlləyişlər olacaq. Bu bir siqnaldır. Və yaxın zamanda sülh müqaviləsinin bağlanmasını ehtimal etmək olar. Bu detal isə ikitərəfli görüşün və yaxud növbəti debatın keçirilmə ehtimallarını artırır. Ermənistan baş naziri bu görüşə çox hazırlıqlı yollanmağa çalışır. İki gün öncə  Paşinyanın səfər öncəsi sülh müqaviləsini partiya yoldaşları ilə qapalı qapılar arxasında müzakirə etməsi bu ehtimalları daha da artırır. Ermənistan Baş naziri bildirib ki, “müzakirələri mümkün qədər tez bitirmək lazımdır. Ararat Mirzoyanın Türkiyəyə səfərindən sonra münasibətlərin normallaşması ilə bağlı Ermənistanın gözləntiləri artıb”.

Millət vəkili əlavə edib ki, Münhen səfərindən cəmi iki gün öncə  rəsmi İrəvan sülh müqaviləsi ilə bağlı öz təkliflərini Bakıya göndərib.

“Bu cür bəyanatlarla heç şübhəsiz ki, Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edərək İrəvanın Bakı ilə sülh danışıqlarında fəallıq göstərdiyi təəssüratı yaratmaq cəhdindən başqa bir şey deyil. Amma etiraf edək ki, artıq İrəvan dalana dirənib və sülh müqaviləsi bağlamağa məcburdur. Çünki indi Qərbdə də anlayırlar ki, Ermənistan – Azərbaycan arasında sülh müqaviləsi bağlanmasa regionda sabitlik əldə edilməsə bundan daha çox Qərb ziyan çəkə bilər. Çünki indi Azərbaycan qərbin enerji resusu ilə təminatçısına çevrilib.” -deyə millət vəkili əlavə edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki